"Napoli"nin yarımmüdafiəçisi David Neres İtaliya çempionatının III turunun "Parma" ilə oyunundan sonra, klubun stadionunun yaxınlığında qarət edilib.
"Napoli"nin yarımmüdafiəçisi David Neres İtaliya çempionatının III turunun "Parma" ilə oyunundan sonra, klubun stadionunun yaxınlığında qarət edilib.
Matc.az xəbər verir ki, bu barədə "CalcioNapoli24" məlumat yayıb.
Bildirilir ki, motosikletdə olan iki nəfər futbolçunu tapança ilə hədələyərək onun bahalı saatını oğurlayıb.
Qeyd edək ki, 27 yaşlı Neres 2024-cü ilin yayında "Napoli"yə keçib və yeni mövsümdə iki matçda iştirak edib. Əvvəllər o, Portuqaliya "Benfikası"nın rənglərini qoruyub. Futbolçunun transfer dəyəri 25 milyon avro olaraq qiymətləndirilir.
A Seriyasının III turunun oyununda ikinci hissədə iki qol vuran "Napoli" "Parma" üzərində əzmkar qələbə qazanıb. Hücumçu Romelu Lukaku neapolluların heyətində debüt qolunu vurub.