31 Avqust 2024, 09:48
FUTBOL
Türkiyə Superliqasında IV turun oyunlarına start verilib.
Matc.az xəbər verir ki, turun açılış qarşılaşmasında "Fənərbaxça" öz meydanında "Alanyaspor"u qəbul edib. İstanbul klubu rəqibini 3 cavabsız qolla məğlub edib.
Xallarının sayını 10-a çatdıran "Fənərbaxça" turnir cədvəlində liderliyi ələ keçirib.
Türkiyə Superliqası
IV tur
30 avqust
"Fənərbaxça" - "Alanyaspor" - 3:0
Qollar: Tadiç, 42; 65, Dzeko, 67