"Kimyaçılar"ın baş məşqçisi Samir Abbasov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

"Sumqayıt" Misli Premyer Liqasının 5-ci turunda doğma meydanda "Araz-Naxçıvan"a 0:1 hesabı ilə məğlub olub.

Matc.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Samir Abbasov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Rəqibi təbrik edirəm. Oyun elə gedirdi ki, ya heç-heçə olacaq ya da kimsə bir qol vurub qələbə qazanacaq. Meydanda mübarizə var idi. Həddən çox mübarizə olanda da futbol ikinci plana düşür. Qol buraxandan sonra çalışdıq ki, oyunu əla alaq, amma olmadı. Növbəti matçlara hazırlaşacağıq.

- Yeni transferlər gözləntiləri doğrultmurBu vaxta qədər davam edəcək?
- Düzələnə kimi davam edəcək. Futbolçular təzə gəliblər. Onlara da zaman lazımdır. Biz də istəyirik ki, yeni gələnlər komandaya uyğunlaşsın. Yəqin, milli fasilə bizə kömək olacaq.

- Mübarizəni keyfiyyətə çevirmək üçün  çatmır?
- Roy Kehatın yoxluğu özünü göstərirdi. Hücumda "dişli" deyilik. Buna görə də keyfiyyətə çevirə bilmirik.

- Rövlan Muradovun problemi nədir?
- Niyə problem oldun ki? Həmin mövqedə rəqabətsiz oynayır. Biz o mövqe üçün Sərtan Taşkını gətirdik. O da hələ hazır deyil. Rövlan topu itirəndən sonra danışmağa çox vaxt ayırır, nəinki qacmağa. Buna görə əsəbiləşdim. Onun top itkisi qolla nəticələndi. Onu başa salacağıq, cəzasını da alacaq. Keçən ilki zədədən sonra özünə gələ bilmir. Belə davam edə bilməz. Həmin mövqeyə rəqabət gətirmək lazımdır.

Komanda Konfrans Liqasına vəsiqə qazananda hamı düşünürdü kihazır futbolçular gələcəkAmma indiki vəziyyət o deyil
- Sırf maliyyə ilə bağlıdır. Çempionatı davam edən ölkədən hazır oyunçunu gətirmək üçün klubuna pul verməlisən. Biz də bunu edə bilmirik. Maliyyə baxımından uyğun olanları gətiririk. Məşqçi kimi mənim bu məsələdə bacaracağım bir şey yoxdur.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest