30 Avqust 2024, 18:36
FUTBOL
İngiltərənin "Sauthempton" klubu Premyer Liqanın digər təmsilçisi "Arsenal"ın qapıçısı Aaron Ramsdeyli transfer edib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat paylaşıb.
Bildirilir ki, 26 yaşlı qolkiperlə 4 illik müqavilə imzalanıb. Tərəflər sonradan bu müddəti daha bir mövsüm uzatmaq imkanına malikdir.
Qeyd edək ki, 2021-ci ildən "Arsenal"ın formasını geyinən Ramsdeyl 78 oyuna çıxıb. Həmçinin 2021-ci ildən bəri İngiltərə millisinin heyətində 5 oyunda iştirak edib.