30 Avqust 2024, 17:05
FUTBOL
"Qarabağ"ın futbolçusu Patrik Andrade Kabo-Verde millisinə çağırılıb.
Matc.az xəbər verir ki, bu barədə Kabo-Verde Futbol Federasiyası məlumat yayıb.
Andrade Afrika Millətlər Kubokunun seçmə mərhələsində Misir (6 sentyabr) və Mavritaniya (10 sentyabr) yığmalarına qarşı oyunları üçün yığmaya dəvət alıb.
Qeyd edək ki, Patrik 2020-ci ildən Kabo-Verde millisinin üzvüdür.