“Mançester Yunayted”in vingeri Ceydon Sanço “Çelsi”yə keçməyə hazırdı. Matc.az xəbər verir ki, 24 yaşlı futbolçu London klubunun formasını geyinmək niyyətindədi.

Sanço bu barədə rəhbərliyi məlumatlandırıb və keçidə razılıq verib. Hazırda “Çelsi” və “Mançester Yunayted” transferlə bağlı danışıqlar aparır. Sanço ilə “Yuventus” da maraqlanır.

Qeyd edək ki, İngiltərə millisinin üzvü ötən mövsüm icarə əsasında Dortmund “Borussia”sında çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest