23 Avqust 2024, 14:43
FUTBOL
Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyada təşkil olunacaq dünya çempionatında iştirak edəcək. Matc.az xəbər verir ki, bu barədə Azərbaycan Minifutbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, yarış oktyabrın 7-10-u aralığında baş tutacaq.
Turnirdə ölkəmizlə yanaşı, Xorvatiya, Kolumbiya, Yaponiya, İngiltərə, Çexiya, Slovakiya, Serbiya, Misir, Hindistan, İraq və Mavritaniya milliləri mübarizə aparacaq.