23 Avqust 2024, 10:51
FUTBOL
Start heyətində meydana çıxan Kökçü 60-cı dəqiqədə əvəzlənib.
Yığma komandamızın futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi HİK klubu Konfrans Liqasının pley-off mərhələsində ilk oyununa çıxıb. Matc.az xəbər verir ki, Finlandiya təmsiçisi səfərdə Farer adalarının "Klaksvik" komandası ilə qarşılaşıb.
Görüş 2:2 hesabı ilə nəticələnib. Ozan Can da bu oyunun iştirakçısı olub. Start heyətində meydana çıxan Kökçü 60-cı dəqiqədə əvəzlənib.
Qeyd edək ki, komandalar arasındakı cavab qarşılaşması avqustun 29-da baş tutacaq.