23 Avqust 2024, 10:35
FUTBOL
Ölkələrin növbəti UEFA reytinqi açıqlanıb. Matc.az xəbər verir ki, avrokubokların pley-off mərhələsinin ilk oyunlarının son günündə qeydə alınan nəticələrdən sonra reytinqdə dəyişikliklər baş verib.
Təmsilçimiz “Zirə” səfərdə “Omoniya”ya 0:6 hesabı ilə məğlub olsa da, bu, Azərbaycanın reytinqdəki mövqeyinə təsir etməyib. Hesabında 18,875 xal olan Azərbaycan Avropada 26-cıdı.
Cari mövsümdə “Zirə” ölkə reytinqinə 1,000, “Qarabağ” 0,750, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.
Qeyd edək ki, UEFA reytinqinə 89,303 xalla İngiltərə başçılıq edir.