23 Avqust 2024, 09:52
FUTBOL
Türkiyə millisinin həkimi Berkin Toker tərəfindən aparılan əməliyyat uğurlu alınıb.
"Araz-Naxçıvan" klubunun futbolçusu Karlos Jatoba əməliyyat olunub. Matc.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidmətindən bildirilib.
Yarımmüdafiəçi İstanbulda axill tendon nahiyəsindən cərrahi müdaxiləyə ehtiyac duyub. Türkiyə millisinin həkimi Berkin Toker tərəfindən aparılan əməliyyat uğurlu alınıb.
Jatoba avqustun 27-də Bakıya dönəcək.
Qeyd edək ki, yarımmüdafiəçi mövsümün “Qarabağ”la (1:4) keçirilən ilk oyununda forma geyinib.