Azərbaycanın futzal üzrə UEFA Çempionlar Liqasındakı təmsilçisi “Araz-Naxçıvan” bu gün ilkin mərhələdə ikinci oyununa çıxıb.
Azərbaycanın futzal üzrə UEFA Çempionlar Liqasındakı təmsilçisi “Araz-Naxçıvan” bu gün ilkin mərhələdə ikinci oyununa çıxıb.
Matc.az xəbər verir ki, H qrupunda yer alan ölkə çempionu Estoniyanın “Sillamae Silla” kollektivi ilə qarşılaşıb.
İsveçin Udevalla şəhərində yerləşən “Agnebergshallen” zalında keçirilən görüşdə təmsilçimiz rəqib qapısından 7 cavabsız top keçirib.
İki turdan sonra maksilmal nəticə göstərən “Araz-Naxçıvan”, H qrupunda turnir cədvəlinə liderlik edir.
Qeyd edək ki, “Araz-Naxçıvan” III turda İsveç təmsilçisi “Uddevalla” ilə qarşılaşacaq. Görüş avqustun 24-də baş tutacaq.
Çempionlar Liqası
İlkin mərhələ
H qrupu, II tur
22 avqust
18:00. “Sillamae Silla” – “Araz-Naxçıvan” – 0:7
Qollar: Amadeu, 4:54, Yaniç, 12:01, Kadinho, 15:54, 25:54, Manafov, 24:39, Əliyev, 32:32, Ağalızadə, 34:03
Hakimlər: Daniel Stauber (Avstriya), Trayan Enchev (Bolqarıstan), Pavel Tokarevicz (Polşa)
Timekeeper: Kastriot Gerxhaliu (İsveç)
Hakim-inspektor: Timo Onatsu (Finlandiya)
UEFA nümayəndəsi: Andris Utinans (Latviya)
Uddevalla. Agnebergshallen