Fransanın “Lion” klubu maliyyə feyr-pleyindəki problemlərə görə əsas komandanın demək olar ki, bütün oyunçularını transferə çıxarmaq məcburiyyətində qalıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı “L'Equipe” nəşri paylaşıb.

Bildirilir ki, klub, futbolçuların agentlərinə, təklif gələn istənilən futbolçunun satıla biləcəyi ilə bağlı mesaj göndərib.

Məsələ burasındadır ki, “Lion” milli maliyyə monitorinqi standartlarına uyğunlaşmaq üçün, cari transfer pəncərəsinin sonuna kimi 100 milyon avro qazanmalıdır. Əks halda klubu aşağı liqaya düşmə də daxil olmaqla, sanksiyalar gözləyir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest