22 Avqust 2024, 18:21
FUTBOL
Sentyabrın 3-də UEFA Millətlər Liqasının C1 qrupunun VI turunun İsveç və Azərbaycan yığmaları arasında keçiriləcək oyununun biletləri satışa çıxarılacaq.
Matc.az xəbər verir ki, bu barədə məlumat İsveç mətbuatında paylaşılıb.
Bildirilir ki, biletlərin qiymətləri 99-399 İsveç kronu (təxminən 16-66 manat) aralığında dəyişir.
Qeyd edək ki, İsveç - Azərbaycan görüşü noyabrın 19-da “Friends Arena”da baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.