22 Avqust 2024, 17:44
FUTBOL
"Barselona"dan ayrılan Serji Roberto karyerasını İtaliyada davam etdirəcək. Matc.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano özünün sosial şəbəkə hesabında yazıb.
Bildirib ki, Roberto "Komo"ya transfer olunacaq. A seriyası təmsilçisi təcrübəli oyunçu ilə 1+1 illik müqavilə bağlayacaq.
Qeyd edək ki, Roberto “Barselona”da ümumilikdə 373 oyuna çıxıb, 19 qol vurub.