22 Avqust 2024, 16:50
FUTBOL
“Neftçi” klubunun apellyasiya şikayəti qismən təmin edilib. Matc.az xəbər verir ki, nəticədə “ağ-qaralar”ın müdafiəçisi Ervin Koffinin cəzası azaldılıb.
Bu barədə AFFA-nın Apellyasiya Arbitraj Tribunalı qərar verib.
Ölkə çempionatının II turunun “Səbail” - “Neftçi” oyunu bitdikdən sonra Ervin Koffi azarkeşlərə kənar əşya atdığına görə 2 oyunluq cəzalandırılmış, “Neftçi” 2000 manat məğləğində cərimə edilmişdi.
Klubun apellyasiya şikayətindən sonra Koffi barəsində tətbiq olunan 2 oyunluq cəzanın çəkilməmiş hissəsi, yəni 1 oyunluq cəza şərti tətbiq edilib. Futbolçu üçün şərti cəzanın çəkilməsinə görə 3 ay sınaq müddəti təyin edilib. "Ağ-qaralar"a kəsilmiş 2000 manat cərimə isə qüvvədə saxlanılıb.