22 Avqust 2024, 14:25
FUTBOL
27 yaşlı müdafiəçi "Quarani" klubu ilə anlaşıb.
"Turan Tovuz"un yolları ayırdığı Bruno Qonçalveşin yeni klubu bəlli olub. Matc.az xəbər verir ki, braziliyalı futbolçu karyerasını ölkəsində davam etdirəcək.
Belə ki, 27 yaşlı müdafiəçi "Quarani" klubu ilə anlaşıb. Bu barədə B seriyasının təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Qonçalveş yeni klubu ilə 2025-ci ilin sonunadək nəzərdə tutulan müqavilə imzalayıb.