“Çelsi”nin müdafiəçisi Benjamin Kiluell “Mançester Yunayted”ə təklif olunub. Matc.az xəbər verir ki, futbolçu London klubunun baş məşqçisi Enzo Mareskanın planlarına daxil deyil.

Bu barədə Kiluell özü də məlumatlandırılıb. “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq isə müdafiənin sağ cinahına oyunçu axtarışında olduqlarını təsdiqləmişdi. Paytaxt təmsilçisi oyunçusunu “qırmızı şeytanlar”a təklif edib.

Qeyd edək ki, Benjamin Kiluell ötən mövsüm Premyer Liqada keçirdiyi 13 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest