“Vilyarreal” heyətinə yeni futbolçu cəlb edib. Matc.az xəbər verir ki, İspaniya klubu fransalı hücumçu Tyerno Barrini transfer edib.

21 yaşlı forvard “Bazel”dən alınıb. Bu keçid La Liqa təmsilçisinə 14 milyon avroya başa gəlib. Gənc oyunçu ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Barri bu mövsüm 4 oyunda 8 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest