22 Avqust 2024, 09:58
FUTBOL
Ölkələrin UEFA reytinqində dəyişikliklər olub. Matc.az xəbər verir ki, buna Çempionlar Liqası və Konfrans Liqasında pley-off mərhələsinin bir neçə oyunu səbəb olub.
Ölkələrin UEFA reytinqində dəyişikliklər olub. Matc.az xəbər verir ki, buna Çempionlar Liqası və Konfrans Liqasında pley-off mərhələsinin bir neçə oyunu səbəb olub.
Ancaq Azərbaycanın mövqeyi dəyişməz qalıb. Çünki dünən heç bir komandamız avrokuboklarda meydana çıxmayıb. Ölkəmiz hazırda 18,875 xalla 26-cı pillədə qərarlaşıb. Cari mövsümdəki qazanc isə 2,125-di.
Qeyd edək ki, reytinqə 89,160 xalla İngiltərə başçılıq edir.