UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Qalatasaray” İsveçrə səfərində “Yanq Boys”a 3:2 hesabı ilə məğlub olub.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Qalatasaray” İsveçrə səfərində “Yanq Boys”a 3:2 hesabı ilə məğlub olub.

Matc.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında İstanbul təmsilçisinin baş məşqçisi Okan Buruk hakim təyinatı ilə bağlı narazılığını dilə gətirib.

“İsveçrə klubunun oyununa almaniyalı hakim təyin edilib. Bir azərbaycanlı hakimi türk klubunun oyununa təyin edirlər? Hakim yəqin ki, şəxsi avtomobili ilə gəlib oyuna. Qardaş ölkəyə alman hakim təyin ediblər. İnşallah, cavab matçına azərbaycanlı hakim təyin edərlər, ödəşmiş olarıq”.

Qeyd edək ki, bu qarşılaşmanın cavab oyunu avqustun 27-si İstanbulda baş tutacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest