Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları keçrilir.

Matc.az xəbər verir ki, “Qalatasaray” İsveçrə səfərində “Yanq Boys”un qonağı olub.

İstanbul təmsilçisi qarşılaşmanın birinci hissəsini 2:0 hesabı ilə geridə başa vurub. İkinci hissəyə daha yaxşı başlayan “sarı-qırmızılılar”, əvəzləmədən meydana daxil olan Mişi Batşuayinin qolları ilə hesabı bərabərləşdirə bilib. Lakin görüşün sonlarına doğru Abdulkərim Bardakçı komandasını həm penaltiyə səsəb olaraq hesabda geriyə salıb, həm də ikinci sarıdan azlıqda qoyub.

Bir nəfər azlıqda qalan “Qalatasaray” pley-offun ilk matçında, səfərdə 3:2 hesabı ilə məğlub olub.

Qeyd edək ki, bu qarşılaşmanın cavab oyunu avqustun 27-si İstanbulda baş tutacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest