21 Avqust 2024, 18:09
FUTBOL
“Bavariya”nın qapıçısı Manuel Noyer Almaniya millisindəki karyerasını başa vurub.
Matc.az xəbər verir ki, bu barədə 38 yaşlı qolkiper özü sosial şəbəkə hesabında bildirib.
Qeyd edək ki, 2009-cu ildən yığmanın şərəfini qoruyan Noyer 2014-cü ildə dünya çempionu olub.
O, millidə keçirdiyi 124 matçda 118 qol buraxıb və 51 dəfə qapısını toxunulmaz saxlaya bilib.