"Müsbət nəticə əldə edəcəyimizə inanıram. Amma görüşün çətin keçəcəyini düşünürəm. Maneələrlə qarşılaşacağıq".

"Omoniya" klubunun baş məşqçisi Valdas Dambrauskas Konfrans Liqasının pley-off mərhələsində evdə "Zirə"yə qarşı keçirəcəkləri ilk oyun haqqında fikirlərini bildirib. Matc.az xəbər verir ki, o, bu gün təşkil olunan mətbuat konfransında "Zirə"ni yaxşı analiz etdiklərini qeyd edib.

"Rəqibdə çox yaxşı komanda ruhu var. Avroliqada "Şerif"ə penaltilər seriyasında uduzdular. Daha sonra Konfrans Liqasında Slovakiya komandasını məğlub etdilər. Xorvatiya "Osiyek"i ilə matçlarda komanda özünə daha çox inandı. Xüsusən, Bakıda keçirilən cavab matçında "Zirə" üstün oyun sərgilədi. Rəqibi yaxşı təhlil etmişik. Xüsusilə, müdafiədə yaxşı oynayırlar. Onların ötən mövsüm Azərbaycan çempionatındakı bir neçə oyununa da nəzər saldıq. Bu komandaya qol vurmaq çox çətindi”, - deyə Dambrauskas bildirib.

O, "Zirə" ilə oyunların çətin keçəcəyini vurğulayıb: "Diqqətli olmalıyıq. Müsbət nəticə əldə edəcəyimizə inanıram. Amma görüşün çətin keçəcəyini düşünürəm. Maneələrlə qarşılaşacağıq. İnanıram ki, futbolçular sabah yaxşı iş görəcəklər. Biz bunu bacara bilərik. Rəqibin oyun tərzinə uyğun məşqlərimiz oldu. “Zirə”nin zəif nöqtələrindən yararlanmalıyıq”.

Qeyd edək ki, sabah keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest