"Fənərbağça" heyətinə yeni futbolçu qatmaq istəyir. Matc.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, transfer çalışmalarını davam etdirən İstanbul klubu "Boka Xuniors"un üzvü Kristian Medina ilə güclənmək niyyətindədi. “Sarı-lacivərtlilər” 22 yaşlı yarımmüdafiəçinin keçidi üçün qarşı tərəfə 11 milyon avro təklif ediblər. "Boka Xuniors" rəhbərliyi isə türklərdən bu məbləği 14 milyon avroya qaldırmağı tələb edir. Hazırda tərəflər arasında danışıqlar davam edir.

Qeyd edək ki, Medina 2020-ci ildən "Boka Xuniors"un formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest