“Yuventus”unun hücumçusu Federiko Kyeza karyerasını İspaniyada davam etdirə bilər. Matc.az xəbər verir ki, İtaliya millisinin üzvünün meneceri “Barselona” ilə danışıqlara başlayıb.

Ancaq kataloniyalılar keçidi reallaşdırmaq üçün transfer məbləğində “qoca sinyora” ilə ortaq məxrəcə gəlməlidi. “Yuve”nin baş məşqçisi Tiaqo Motta hücumçunun gələcək planlarında olmadığını bildirib. Kyeza ilə “Tottenhem”, “Arsenal”, “Mançester Yunayted” və “Çelsi” də maraqlanır.

Qeyd edək ki, forvard ötən mövsüm bütün turnirlərdə 37 oyunda 10 qol vurub, 3 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsi gələn ilin yayına kimidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest