21 Avqust 2024, 13:21
FUTBOL
“Bayer”in müdafiəçisi Edmond Tapsoba Səudiyyə Ərəbistanı klublarının hədəfinə çevrilib. Matc.az xəbər verir ki, ərəb klubları Burkina Faso millisinin futbolçusu uğrunda mübarizə aparırlar.
Lakin onu heyətə cəlb etmək elə də asan olmayacaq. Çünki Leverkuzen təmsilçisi 25 yaşlı mərkəz müdafiəçisini satmaq niyyətində deyil. Üstəlik, Tapsoba Bundesliqa çempionu ilə müqavilə müddətini yenicə 2028-ci ilə qədər uzadıb. “Bayer” yalnız astronomic məbləğdə təklif qarşılığında bu keçidə razı olar.
Qeyd edək ki, Edmond Tapsoba 2020-ci ildən “Bayer”in formasını geyinir.