“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq gələcəyi ilə bağlı qərarını verib. Matc.az xəbər verir ki, Niderland millisinin üzvü İspaniya klubundakı çıxışını davam etdirəcək.

Kataloniyalıların rəhbərliyi də ulduz futbolçunu satmamaq qərarına gəlib. Məşqçilər korpusu ona ümid bəsləyir. Baş məşqçi Hansi Flik orta sahəni məhz de Yonqun ətrafında qurmağı planlaşdırır.

Qeyd edək ki, Frenki de Yonqun “Barselona” ilə müqaviləsi 2026-cı ilin yayına kimidi. O, 2019-cu ildə kataloniyalıların formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest