21 Avqust 2024, 12:54
FUTBOL
“Bavariya”nın yarımmüdafiəçisi Leon Qoretska klubundan ayrılmaq istəmir. Matc.az xəbər verir ki, ulduz futbolçu yalnız bir şərtlə münhenliləri tərk etməyə razılıq verər.
Belə ki, o, “Bavariya”nı cəmi 3 kluba – “Barselona”, “Liverpul” və “Real”a dəyişə biləcəyini rəhbərliyə çatdırıb. 29 yaşlı orta sahə oyunçusu ilə daha çox MLS klubları maraqlanır.
Qeyd edək ki, Leon Qoretska ötən mövsüm “Bavariya”nın heyətində 30 oyuna çıxıb, 6 qol vurub, 9 məhsuldar ötürmə verib.