21 Avqust 2024, 12:25
FUTBOL
“Roma” daha bir futbolçusu ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, mərkəz müdafiəçisi Maraş Kumbulla komandada saxlanılmayıb.
Paytaxt klubunun baş məşqçisi Daniele de Rossi Albaniya millisinin üzvünə komandasında yer olmadığını bildirib. Bu səbəbdən 24 yaşlı mərkəz müdafiəçisi yenidən icarəyə verilib. O, mövsümün sonuna qədər İspaniya klubu “Espanyol”da çıxış edəcək.
Qeyd edək ki, ötən mövsümü icarə əsasında “Sassuolo”da keçirən Maraş Kumbullanın “Roma” ilə müqavilə müddəti 2027-ci ilin yayına qədərdi.