“İstədiyimiz nəticəni qazandıq. Bakıya böyük üstünlüklə yollanacağıq”. Matc.az xəbər verir ki, bunu Zaqreb “Dinamo”sunun hücumçusu Sandro Kulenoviç Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la keçirilən ilk oyun barədə danışarkən deyib.

24 yaşlı futbolçu 3:0 hesablı qələbə qazandıqları görüşdəki oyunlarından razılıq bildirib. Sonradan meydana daxil olaraq dubla imza atan Kulenoviç bu seriyanı qrupda da davam etdirmək niyyətindədi:
“Azarkeşlərin dəstəyi inanılmaz idi. Düşünürəm ki, daha çox qol vura bilərdik. Belə bir turnirdə “Maksimir” stadionunda qol vurmaq əla hissdir. Amma bu hələ ilk addımdı. Ümid edirəm, burada qrup oyunlarını da keçirəcəyik”.
Qeyd edək ki, cavab görüşü avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.