Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Zaqreb “Dinamo”suna səfərdə 0:3 hesabı ilə məğlub olan “Qarabağ” bir futbolçusunu da itirib. Matc.az xəbər verir ki, yarımmüdafiəçi Julio Romao bir həftə sonra Bakıda baş tutacaq cavab görüşündə iştirak etməyəcək.

Buna səbəb braziliyalının sarı vərəqə alması olub. Əvvəlki mərhələdə “Ludoqorets”lə hər iki qarşılaşmada sarı vərəqə alan Romao Xorvatiyada da eyni halla üzləşib. Nəticədə 26 yaşlı yarımmüdafiəçi passivində 3 sarı vərəqə ilə cəzalı duruma düşüb.

Qeyd edək ki, “Qarabağ” – “Dinamo” oyunu avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest