“Vest Hem”in yeni hədəfi PSJ-nin yarımmüdafiəçisi Karlos Soleridir.

Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrisio Romano paylaşıb.

Bildirilir ki, “çəkiclilər” artıq müqavilənin mümkünlüyünü araşdırmaq üçün Solerin nümayəndələri ilə ilkin əlaqə yaradıblar. Önümüzdəki günlərdə futbolçu və PSJ ilə birbaşa danışıqlar aparılacaq.

Qeyd edək ki, 27 yaşlı Soler 2022-ci ildən PSJ-də çıxış edir. İspan futbolçunun Paris klubu ilə müqaviləsi 3 ildən sonra başa çatır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest