20 Avqust 2024, 20:40
FUTBOL
Türkiyənin “Fənərbaxça” klubu futbolçusu Joau Pedro ilə yollarını ayırıb.
Matc.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
32 yaşlı futbolçunun müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
Qeyd edək ki, Pedro 2022-ci ildən “Fənərbaxça”nın formasını geyinirdi. O, “sarı-lacivərtlilər”də 28 oyun keçirib, 5 qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb.