“Barselona”nın mərkəz yarımmüdafiəçisi İlkay Gündoğan bu yay klubu tərk edəcək.

Matc.az xəbər verir ki, bu barədə “Diario AS” məlumat paylaşıb.

Amma söhbət Türkiyə və ya Səudiyyə Ərəbistanı klublarından getmir. Futbolçu ötən yay Kataloniya nəhənginə keçdiyi “Mançester Siti”yə qayıdacaq. “Barselona” təzminat almayacaq, amma Gündoğana heç nə ödəməyəcək. İspaniya klubu bu addımı yeni transferi - Gündoğana bənzər mövqedə oynayan Dani Olmonu qeydiyyata salmaq üçün atacaq.

Mançester klubu 33 yaşlı Gündoğanın geri qayıtmasının əleyhinə deyillər, lakin o, ehtiyat oyunçu sayılacaq, ona görə də onunla uzunmüddətli müqavilə imzalamayacaqlar. Çox güman ki, müqavilə mövsümün sonuna qədər və ya uzatma maddəsi aktivləşdirilməsi ilə “1+1” sxemi üzrə imzalanacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest