“Liverpul” “Valensiya”nın qapıçısı Giorgi Mamardaşvili ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Matc.az xəbər verir ki, Gürcüstan millisinin üzvü illik 4 milyon avroluq maaşa müsbət cavab verib.

Premyer Liqa klubu “Valensiya”nı da keçidə razı salarsa, keçid reallaşacaq. Ancaq “Liverpul” 23 yaşlı qolkiperi “Bornmut”a icarəyə verəcək. “Bornmut” bu icarə üçün 5 milyon avro ödəməyə hazırdı.

Qeyd edək ki, “Liverpul” Giorgi Mamardaşvilinin transferi qarşılığında ispanlara 30+10 milyon avro təklif edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest