Ninqa “Əl-Tadamon” klubu ilə müqavilə bağlayıb.

Bu yay "Sumqayıt"la yolları ayrılan Kazimir Ninqanın klubsuz günləri başa çatıb. Matc.az xəbər verir ki, ÇAD millisinin hücumçusu karyerasını Küveytdə davam etdirəcək.

Ninqa bu ölkənin “Əl-Tadamon” klubu ilə müqavilə bağlayıb. Razılaşmaya əsasən, 31 yaşlı forvard qarşıdakı 1 il ərzində Küveyt təmsilçisinin uğurları üçün çalışacaq.

Qeyd edək ki, Ninqa “Sumqayıt”a ötən mövsümün əvvəlində “Anortosis”dən keçmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest