20 Avqust 2024, 12:35
FUTBOL
"İnter Mayami"nin futbolçusu Lionel Messi Argentina millisindən kənarda qalıb. Matc.az xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsinin iki oyunu üçün yığmanın heyətinə daxil edilməyib.
28 futbolçunu yer aldığı siyahıda Messi yoxdu. Buna səbəb kimi hücumçunun Amerika Kubokunun finalında Kolumbiya ilə matçda zədələndikdən sonra tam sağalmadığı göstərilib.
Qeyd edək ki, Argentina millisi Çili və Kolumbiya ilə qarşılaşacaq.