31 İyul 2024, 16:53
                
                
                
                                PARİS-2024 
                                
                
               
              
				 
 
Serbiyalı tennisçi Novak Cokoviç Paris-2024 Yay Olimpiya Oyunlarında ikinci oyununa çıxıb. Matc.az xəbər verir ki, 37 yaşlı idmançı 1/8 final mərhələsində Dominik Kyopferlə qarşılaşıb.
O, almaniyalı rəqibi üzərində qələbə qazanıb - 2:0 (7:5, 6:3).
Qeyd edək ki, Cokoviç 1/4 finalda yunanıstanlı Stefanos Tsitsipasla üz-üzə gələcək.

            
 










