23 İyul 2024, 18:46
FUTBOL
“Liverpul”un kapitanı və əsas oyunçusu Vircil van Deyk hazırkı klubunda nə qədər qalacağı ilə bağlı qərar verib.
Matc.az xəbər verir ki, niderlandlı mərkəz müdafiəçisi klub rəhbərliyinə onlardan yeni müqavilə təklifi gözlədiyini bildirib.
Van Deykin “Liverpul”la hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatır. Lakin təcrübəli futbolçu karyerasını başqa klublarda davam etdirmək variantlarını nəzərdən keçirmir.
Daha əvvəl Səudiyyə Ərəbistanı klublarının van Deyklə maraqlandığı bildirilirdi.
Qeyd edək ki, Van Deyk 2018-ci ilin qışında “Sauthempton”dan 84 milyon avroya “Liverpul”a keçib. Ümumilikdə, 33 yaşlı müdafiəçi “qırmızılar”ın heyətində 270 oyun keçirib və 23 qola imza atıb.