23 İyul 2024, 18:23
FUTBOL
İtaliya çempionu “İnter” 2024/25 mövsümü üçün yeni ev formasını təqdim edib.
Matc.az xəbər verir ki, “Nike” firmasının təqdim etdiyi dəst klubun ənənəvi - qara və mavi rənglərində hazırlanıb. Lakin yeni dəstin dizaynı qeyri-adidir.
Formanın ön hissəsinin sol üçdə bir hissəsi və arxa hissəsinin yarısı şaquli qara və mavi zolaqlarla işlənib.
Qeyd edək ki, bu, loqonun üstündə iki ulduz olan ilk dəstidir. “İnter” ötən mövsümün sonunda tarixində 20-ci çempionluğunu qazanaraq ikinci ulduza sahib olub.