23 İyul 2024, 14:53
FUTBOL
"Mançester Yunayted"in futbolçusu Ceydon Sanço karyerasını Fransada davam etdirə bilər. Matc.az xəbər verir ki, PSJ onunla yaxından maraqlanır.
Paris klubu artıq 24 yaşlı futbolçuya rəsmi təklif göndərib. Sançonun da bu keçidə qarşı olmadığı bildirilir.
Qeyd edək ki, Sanço ötən mövsümü icarə əsasında Dortmund "Borussiya"sında keçirib.