23 İyul 2024, 13:48
FUTBOL
“Çelsi”nin yarımmüdafiəçisi Konor Qallaher komandasını dəyişmək fikrinə düşüb. Matc.az xəbər verir ki, İngiltərə millisinin üzvü yeni komandasını da müəyyənləşdirib.
24 yaşlı orta sahə oyunçusu karyerasını İspaniyada davam etdirmək arzusundadı. Qallaher yeni mövsümdən “Atletiko”nun formasını geyinmək niyyətindədi. O, bu istəyini London klubunun rəhbərliyinə də çatdırıb.
Qeyd edək ki, Konor Qallaherin “Çelsi” ilə sözləşməsi gələn ilin yayına qədərdi.