23 İyul 2024, 13:19
FUTBOL
“Atletiko” vingeri Joao Feliksə komanda tapmaqda çətinlik çəkir. Matc.az xəbər verir ki, İspaniya klubu Portuqaliya millisinin üzvünü son olaraq “Mançester Siti”yə təklif edib.
La Liqa təmsilçisi Felikslə “şəhərlilər”in argentinalı hücumçusu Xulio Alvaresi dəyişmək təklifini göndərib. Lakin onların bu arzusu reallaşmayıb. Çünki “şəhərlilər” dərhal “yox” cavabı veriblər. “Atletiko” indi 24 yaşlı oyunçunu başqa klublara təklif etməyi düşünür.
Qeyd edək ki, Joao Feliks ötən mövsümü icarə əsasında “Barselona”da keçirib. Onun “Atletiko” ilə sözləşməsi 2029-cu ilin yayına qədərdi.