“Barselona” “Atletik”in hücumçusu Niko Uilyamsı transfer etmək istəyir. Matc.az xəbər verir ki, bunu Kataloniya klubunun prezidenti Joan Laporta da təsdiqləyib.

Bir müddət əvvəl La Liqa təmsilçisinin azarkeşləri İspaniya millisinin üzvünün keçidi üçün pul yığmaq kompaniyasına başlamışdılar. Buna biganə qalmayan Laporta 22 yaşlı forvardın mümkün transferini dəyərləndirib. O, Uilyamsı heyətə cəlb etmək üçün əllərindən gələni edəcəklərini bildirib: “Nikonu transferi üçün çalışırıq”.

Qeyd edək ki, Niko Uilyamsın “Atletik”lə müqaviləsi 2027-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest