13 İyul 2024, 19:40
                
                
                
                                AVROPA LİQASI 
                                
                
               
              
				 
 
UEFA Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək “Zirə” - “Şerif” (Moldova) oyununun biletləri sabah - iyulun 14-ü saat 12:00-dan satışa çıxarılacaq.
Matc.az xəbər verir ki, biletlərin qiyməti sektorlara əsasən müvafiq olaraq 2, 5, 10, və 20 manat təşkil edir.
Satış məntəqələri:
	“Zirə İdman Kompleksi”
	“Dalğa Arena”
	Tofiq Bəhramov adına Respublika stadionunun kassaları.

            
 










