“Kəpəz” transfer bazarındakı fəaliyyətini davam etdirir. Matc.az xəbər verir ki, Gəncə klubu daha bir futbolçu ilə bağlı qərarını verib.

Belə ki, bölgə təmsilçisi Ehtiram Şahverdiyevlə əməkdaşlığı davam etdirmək qərarına gəlib. Klubun mətbuat xidməti 28 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilə imzalandığını açıqlayıb.

Ötən mövsümdən “Kəpəz”in heyətində çıxış edən Şahverdiyev yeni 1+1 illik anlaşma imzalayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest