“Kəpəz” daha bir futbolçu ilə heyətini gücləndirib.

Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, mərakeş əsilli ispaniyalı oyunçu Kərim Lkoça ilə 1+1 illik müqavilə imzalanıb.

24 yaşlı futbolçu yarımmüdafiəçi mövqeyində çıxış edir. Lkoça son olaraq Andorra çempionatında “Santa Koloma” klubunda oynayıb.

Xatırladaq ki, “Kəpəz” bu yay Elmir Tağıyev, Nicat Süleymanov və Paulo Rojerionu da heyətə cəlb edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest