“Bolonya” və Niderland millisinin hücumçusu Coşua Zirkzi “Mançester Yunayted”in futbolçusu olacaq.

Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Fabrisio Romano “X” sosial şəbəkəsində paylaşıb.

Bildirilir ki, “qırmızı şeytanlar” satın alma maddəsini aktivləşdirməyəcək, lakin daha sərfəli şərtlərlə 40 milyon avrodan bir qədər çox ödəməli olacaq. Artıq futbolçu ilə 2029-cu ilə qədər müqavilə bağlanıldığı bildirilir.

Xatırladaq ki, 23 yaşlı hücumçu 2022-ci ilin yayından “Bolonya”da çıxış edir. Ötən mövsüm Zirkzi bütün yarışlarda 37 matçda iştirak edib, 12 qol vurub və 7 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 50 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest