Niderland millisinin baş məşqçisi Ronald Kuman İngiltərə ilə oyunda (1:2) “narıncılar”ın qapısına təyin olunan penaltinin səhv təyin olunduğunu düşünür.

Matc.az xəbər verir ki, baş məşqçi VAR-ı da tənqid edərək, bu sistemin “futbolu məhv etdiyini” söyləyib.

“Məncə, penalti olmamalı idi. Dumfris topa zərbə endirmişdi və butslara təmasda oldu. Düşünürəm ki, VAR-a görə istədiyimiz oyunu oynaya bilmirik. Bu, həqiqətən də futbolu məhv edir”.

Xatırladaq ki, AVRO-2024-ün yarımfinal görüşündə İngiltərə millisi oyunun 18-ci dəqiqəsində Niderlandın qapısına vurduğu penaltidən hesabı bərabərləşdirib. Hakimin VAR-a çağırıldıqdan sonra verdiyi bu qərar bir çox etirazlara və mübahisələrə səbəb olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest