11 İyul 2024, 18:29
FUTBOL
“Mançester Yunayted” “Bavariya”nın müdafiəçisi Matteys de Liqt ilə müqavilə imzalamağa yaxındır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı “Sky Sport Germany” paylaşıb.
Bildirilir ki, tərəflər artıq uzunmüddətli müqavilə ilə bağlı razılığa gəliblər. İndi transferin klublar tərəfindən razılaşdırılması qalıb. Münhen komandası 24 yaşlı niderlandlı futbolçu ilə ayrılmağa hazır olduğundan bu məsələdə heç bir problemin olmayacağı bildirilir.